16 Aralık 2016 Cuma

Dostlar sizə bugün çox yararlı bir kart haqqında məlumat verəcəm. Əvvəlcə isə mənə verdikləri GOLD karta görə Express Bank'a təşəkkür edirəm. Sizə Express Bankın  debet kartları haqqında yazmaq istəyirəm. Əgər davamlı olaraq xərcləyən birisisinizsə bu kartlar tam sizə görədir.  Bankın saytında kart haqqında bir çox bilgi var. Mən tipik informasiyalar yerinə həqiqətən işinizə yarayacaq olanları yazım:
*banka pul qoymaq üçün bir çox yerlərdə təchizatları var, o cümlədən, bankın özündə də edə bilərsiniz
*kartdan bankomat vasitəsiylə pul çəkərkən əlavə komissiya haqqı tutulmur
*nağdsız alış-verişlərinizdə 0,3% karta geri qaytarılır
* ən əsası isə partnor mağazalar şəbəkələrində 20%ə qədər pul karta geri qaytarılır. Hətta, aldığınız məhsul endirimdə olsa belə (məsələn mybrand's mağazaları şəbəkəsində 30% endirimdə olan bir mal alırsınız. Bu zaman 30%mağaza endirim edir və əlavə olaraq da 5% kart sizə güzəşt verir)
PS:əlavə məlumat almaq üçün banka zəng edin və ya expressbank.az saytına daxil olun www.expressbank.az

4 Aralık 2016 Pazar

lunaparkda dəbli bir gün...

     Yeni blogumdan hərkəsə yenidən Salam.
Bilmirəm fikir verirsiniz ya yox, amma mən hər dəfə yeni blog üçün çəkim edərkən maksimum dərəcədə seçici oluram. Yəni,  hər dəfə gördüyünüz yerlərdə deyil, marağınızı doğura biləcək məkanlar seçməyə çalışıram.  Bu dəfə isə uşaqlığımın böyük bir hissəsi olan Lunapark'a getdik və çəkimi orada həyata keçirtdik
Oranın bağlanması və bu hala gəlməsini görəndə, açığı,  çox pis oldum. Amma yenə də mənə nostalji hisslər oyatdı.
Məkan haqqında danışığım bu qədər kifayətdir. Biraz da look'um haqqında məlumat verim.
Fəsilimiz qış olduğuna görə hərkəs tünd rənglərə adaptasiya olur. Mən bunu dəblə yox, havaların və həyatımızın monotonlaşması ilə əlaqələndirirəm. Olayın dəb hissəsi isə qaranı başqa maraqlı rənglərlə qarışdırmaq və look'u sıxıcılıqdan qurtarmaqdır
Gördüyünüz kimi mən də qaraya adaptasiya olaraq look' yığmışam. Amma, zoğalı rəngli tufli və maraqlı printi olan balıqçı boğazı üstüm ilə look'u "rəngləndirmişəm"
Look'um haqqında  uzun-uzadı yazmaraq sizi də yormaq istəmirəm. Ancaq, bunu qeyd etmədən bu blogu  yekunlaşdırmaq istəmədim.
 Maksimum dərəcədə isti geyinin və özünüzü soyuqlardan qoruyun. Bakının havası çox qalın olmayan üstlər üçünuyğun deyil
******************
üst: United Colours of Benetton
kofta: MAVi
şalvar: diesel
ayaqqabı: DENTİ ( çinici ) 

9 Kasım 2016 Çarşamba

geri qayıdan dəb-OVERSİZE

Növbəti blogumdan hərkəsi salamlayıram.  Meçə gündür ki,  havalar yağışlı və soyuq keçirdi. Lakin bu aralar günəş çıxdı və bizə yaz əhvalı göstərdi. Mən də yeni blog üçün niyə də yox?  deyib fotoaparatımı götürüb getdim yeni açılan "səni sevirəm"  parkına. Park maraqlı idi tək minusu balaca olması və penny üçün yararsız olan döşəmə idi.  Bu blogumda penny'mə də yer vermək istəsəmdə pqrkın döşəməsinə görə tam alınmadı
Nə isə. . .  qayıdaq blogumun əsas məqsədinə. Yəni istifadə etdiyim look'a .  Həryerdən eşitdiyiniz cümləni mən yenidən işlətməli olacam: payızda nisbətən monoton rəngli və bir rəngə adaptasiya olaraq geyinmək lazımdır. Mən də bu lookda əsas rəng olaraq bu il yetərincə dəb olan boz rəngini seçmişəm
. . . və təbii ki, bozu qara və göy ilə daha da canlı və sıxıcılıqdan qurtarmışam. 
oversize. . .  bu geyim tərzi bu aralar sözün həqiqi mənasında məni məndən alır.  inanılmaz dərəcədə sevgim var bu aralar bu tərzə. Və üstəlik bu aralar trend olduğunu da nəzərə alsaq geyinməyə bilməzdim. Əgər oversize bir üst geymisinizsə mütləq slim şalvar  geyinməlisiz.+ Regular və rahat şalvarları unudun.  ( super slim şalvarlara qarşı allergiyam var demək olar. bir aralar şəhərimizdə o qədər geyinilirdiki artıq hərkəs bezib)  

Mən, ümumiyyətlə, çox məhşurlaşmış geyimlərin əleyhinəyəm. Amma bu lookda istifadə etdiyim sneakers'ləri o qədər sevirəm ki,  bütün mağazalarda satılmağı və yetəri qədər qarderoblarda olmağı mənim bu  ayaqqabını almağımın qarşısını ala bilmədi.
Bu blogumda sizə çatdırmaq istədiklərim bu qədər idi. .  Özünüzə yaxşı baxın və məni izləyin.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
jeans kot: DİESEL
t-shirt: OVS
şalvar: SİSLEY
sneakers: CELİO*
pennyboard: GLOBE  (available :COURİR BAKU) 
çanta: GOsport

yeni gələn ayaqqabı axını- ancaq qara və ekstratrend ayaqqabılar

Yeni blogumdan hamıya Salam. Bu blogda sizə ən son trend olan (luks və normal dünya markalarına aid) ayaqqabılar barəsində məlumat verəcəyəm. Bu yaxınlara qədər ayaqqabıların qəlibi demək olar ki, eyni olurdu. Əgər eyni geyim stilinə uyğun, əsaən də Casual,  bir neçə ayaqqabıya sahib olmaq istəyirdiksə ,o zaman qarderobumuzda olmayan rəng ayaqqabıya üstünlük verirdik. Artıq ayaqqabı seçimi tam başqa formatlara keçib.
Xüsusən də bu il yetərincə trend olmuş. əsasən ağ və ya qismən ağ-qara olan və dəmir işləməli ayaqqabılar yetərincə trend idi. Hətta bu tip ayaqqabını hesablı markalardan tut ən lüks markalara qədər yeni  kolleksiya olaraq gətirmişdilər . (!!!əgər sizdə almaq istəyirsinizsə bir daha düşünün. Çünkü, yetərincə insanda var artıq) əgər almaq istəsəniz ELLEshoes, collezione, Poppy Gallery, UStop və s. mağazalarda tapa bilərsiniz
Son kolleksiyalarda altı ağ ayaqqabılar yetərincə trend hesab edilir. Bu ayaqqabılar yetərincə rahat olur. Lakin , təmiz saxlamaq deyə "qlobal" bir probleminiz olur. Əgər təmizləməkdə problem yaşamırsınızsa siz də mütləq əldə edin. sizin üçün bir neçə nümunə :


ümumiyyətlə , bu aralar rəngli ayaqqabıları ağlınızdan çıxardın.(təbii ki, söhbət idman üçün nəzərdə tutulan krossovkalardan və buna bənzər məhsullardan getmir) Qış fəslinin hüznü qarderobda da göründüyü üçün çox az rəng detayı olan ayaqqabılardan istifadə edin. Yuxarıda qeyd etmişəm ki, idman krossovkalarını bu siyahıya əlavə etmirik. Lakin  burada bir istisna var. Əgər siz krossovkanı gündəlik geyimdə istifadə edəcəksinizsə, yəni idman üçün nəzərdə tutmamısınızsa onlara da bu trendi tətbid edin. MISALLAR:

2016/2017 ili üçün ən trend olan ayaqqabı modelləri gördüyünüz kimi əsasən qara və ağ üzərində formalaşıblar. Əgər dünya markalarının yeni kolleksiyaları ilə maraqlansanız və fashion dərgilərini vərəqləsəniz onda mənim fikrimi tam anlayacaqsınız. bu tip ayaqqabıların müsbət cəhətlər 1) çox rahatdırlar 2) hər bir şeylə kombin etmək cox rahat olur 3) inanılmaz dərəcədə dözümlü olurlar . Tək mənfi cəhəti var ki, biraz baha qiymətə satılır. 
Aşağıda olan ayaqqabılar dəb nəhənglərinin  kolleksiyalarına aiddir:















12 Haziran 2016 Pazar

Dostlarla görüşərkən maksimum şıq və rahat olmaq üçün nə etmək olar?

Hamıya Salam. Əvvəlcə bütün oxucuların bayramını təbrik edirəm Uzun müddətdir ki, yeni məqalə paylaşmırdım. Bugün dostlarımla  bol vaxt  keçirdəcəkdik deyə qərara aldım ki,  yeni məqalə üçün şəkillər də çəkim.

İmdi isə gələk məqaləyə.  Bildiyiniz kimi mən sizə gündəlik geyim tərzi formasında məqalə yazmağa üstünlük verirəm.  Əgər yay aylarında gündəlik geyim deyilirsə burada mütləq və mütləq şlapa və ya papaq olmalıdır. Eyni zamanda da monoton və sıxıcı rənglər isə bir o qədər uzaqda olmalıdır. 
 geyimdə rənglər maksimum dərəcədə bir-birini tamamlamalı və əlaqəli olmalıdır. Əgər şalvarınız/şortunuz'da olan prrintlər çox iddealıdırsa mütləq monoton kofda/saruçka geyinmək lazımdır. Və ya əksinə.
PS: əgər hər ikisi eyni kolleksiyanın printidirsə o zaman şamil deyil
Əgər dostlarınızla plansızca görüşmək və söhbətləşmək üçün bir araya gəlirsinizsə müqləq maksimum dərəcədə rahat ayaqqabı geyinin. Yoxsa gün burnunuzdan gələcək :))) 

My TOTAL LOOK:
şlapa: HE by mango(avaible in store) 
Polo kofta: United Colours of Benetton (avaible in store) 
Şort: Gaudi Jeans (GJ) 
Ayaqqabı: BATA
Çanta: GO SPORT(avaible in store) 
Saat: BVLGARI MAN




19 Nisan 2016 Salı

Gündəlik sport geyimlə maksimum şıq və rahat olmaq üçün nə etmək lazımdır?

Gündəlik sport geyimlə maksimum şıq və rahat olmaq üçün nə etmək lazımdır?
Yaşadığımız dövr elə bir dönəmdir ki,  hər birimiz gündə ən az 1dəfə bayıra çıxırıq. Bəzimiz dərsə, bəzimiz işə, bəzilərimiz isə sadecə gəzintiyə...  Bu fəaliyyətləri etmək üçün uzun zaman tələb olunur və bizim bu zaman dilimində rahat geyimə ehtiyacımız var. 
Məncə rahatlıq ilk öncə ayaqqabıdan başlayır. Ona görə də,  mövsümi ket və ya sport stilli ayaqqabı sizin günü daha gümrah qurtarmağınız üçün əsas faktordur.  
Çanta seçərkən də diqqətli olmaq lazımdır. Həm bütün əşyalarımız sığmalı, həm də görkəmli olmalıdır.
Bunun üçün həm çiyin həm də əl çantası kimi istifadə olunması mümkün olan çantalar idealdır. 
Yaz aylarında çox nazik üst heyimləri #musthave 'dir. "vetrovka"  kimi adlandırdığımız üst geyimlərindən istifadə etməyi qətiyyətlə məsləhət  görürəm. Havanın dəyişkən olması,  1saat içində həm soyuq, həm də isti havanın hükm sürməsi yaz ayının tipik havası olduğundan nazik üst geyimlərinizi götürmədən evdən çıxmayın. 
Birdə unutmayın ki,  çalışın üzərinizdə 1ədəd kreativ və ya maraqlı geyim olsun. Əks halda hamısı birbirinə qarışacaq və məna verilə bilməyən bir Look geyinmiş olacaqsınız ( old well-dressed, başa düşəcəyimiz dildə desəm Ruküş :D )  
Birdə bu il dizi cırıq şalvarların trend olduğunu yaddan çıxartmayın və bir ədəd o tip şalvar əldə edin 
Ən əsası isə,  görünüş bir tamdır. Əna uyğun olaraq davranın və siz ətrafınızda #Fashionman kimi tanınacaqsınız 
-----------------------------------
Tshirt: GaudiJeans
Şalvar: Rodrigo Denim
Ayaqqabı: Swift
Çanta: Çantaş (çinici) 
Yağışlıq: United Colours Of Benetton



13 Nisan 2016 Çarşamba

Mənim gündəlik yaz obrazım. Və hər bir tələbə üçün #musthave olan geniş çantam

Hərkəsə Salam.  Artıq demək olar ki,  2həftədir yeni blog hazırlamıram. Səbəbini isə yəgin ki, hamınız bilirsiniz. 
Artıq bir neçə gündür havalar xoş keçir. Mən də bundan istifadə edərək yeni bir məqalə hazırlamaq qərarına gəldim və hazırda məqaləmi sizə təqdim edirəm
Qeyd etdiyim kimi artıq yaz özünü göstərir və havalar isinib. Amma durduq yerdə hava həran yenidən soyuya bilər. Axı yaz bu tip havalarla tanınır. Mən də qarderobumda olan bu üstü dəyərləndirmək üçün uzunqol köynəklə geyindim ki,  soyuqdan sığortalanım. 
Bu look'um, əsasən, gündəlik obraza aiddir. Hər gün isə universitetə getdiyimi nəzərə alsaq geniş çantaya ehtiyacım olduğu açıqdır. Buna görə də çanta seçərkən geniş olmasına çalışıram
Bu look'umda rəngli şalvar və köynək geyimdiyimə görə birrəngli üst  və üzərində heç bir ornament olmayam çanta ən yaxşı seçimdir. Ayaqqabını isə çanta və geyimimdə olan digər rənglərlə  uydurmağa çalışmışam və məncə bu alınıb.
----------------------------
Köynək: US polo ASSN
Üst: Sisley
Şalvar: US polo ASSN
Çanta: Sisley
Ayaqqabı: Bata

28 Mart 2016 Pazartesi

Yazın gəlişini geyiminizlə hiss edin

Artıq havalar istiləşir və yaz gəlişini bizə tam gücü ilə göstərir. Yazın küləyi qarderobumuza da əsir. Bu külək ilk öncə özü ilə yazın #musthave 'i olan Trençkot' ları gətirir. Trençkot elə bir üstdür ki, bütün look'larla və stillərlə uyğunlaşa bilir. Mən də Zuleykha magazine' dərgisinin Street Fasion məqaləsində yer aldım və orada geyimimlə yaz havası əsdirməyə çalışdım
Yaz elə bir fəsildir ki, insanları bozdan al əlvan rənglərə aparır. Bu da geyimlərdə hiss olunmağa başlayır
     Bu lookda geyindiyim köynək

Lakin bu o demək deyil ki, biz özümüzü tam əlvan rənglərə adaptasiya edək.
İndi isə gələk mənim #lookoftheday 'imə. Mən bu look' da qara ayaqqabı və ona uyğun olaraq qara çanta,  eyni zamanda tünd şalvar geyinərək hakim fəsilin qış olduğunu bildirdim. Lakin, şarf və köynək seçimimi elə etdim ki, onlar look'umda "yaz küləyi" rolunu oynadılar.
Look'da istifadə etdiyim markalar: Köynək:
Sisley
TrençKot:
Sisley
Şarf:
Massimo Dutti
Şalvar:
 GBmarciano
Portfel:
Polo Ralph Lauren
Ayaqqabı:
Hotiç
  Ən əsası isə posetiv olun və ətrafa müsbət enerji saçın. O zaman look'u tamamlamış olacaqsınız
Yeni məqaləmi gözləyin....  

22 Ocak 2016 Cuma

Günə daha enerjili başlamaq üçün nə etmək lazımdır

Bəzi insanlar yuxudan oyanandan sora özlərini yorğun hiss edərlər.  Çox az insan vardır ki,  yuxudan   enerjili və posetiv oyansın.  Amma 1-2addımı icra etməklə buna nail olmaq mümkündür.
YATMAZDAN ƏVVƏL-
1)ən əsası yatmazdan 3saat əvvələ qədər yemək yemək olmaz.  Dolu mədə ilə yatmaq çox çətindir.
2)Daha sonra yatmağa gedəndə su içib tualetə gedin və 5dəq orada "oturun"
3) yatmazdan 2saat əvvələ qədər kofein,  şokolad,  spirtli içkilər içməyin
4) otağın pəncərəsini 5dəq açıq qoyun və otağı havalandırın
YATARKƏN:
1) yatdığınız yer tam qaranlıq olmalıdır.  Nisbətən işıqlı yerlərdə gözlər və beyin yetəri qədər dincələ bilmir
2) Elə edin ki, sabah günəş şüaları pəncərədən otağa tam düşsün
3) yatarkən başınızı örtməyin,  papaq və corab geyinmək qadağandır
OYANARKƏN:
1) gurultulu "budilnik"  qurmaq qadağandır.  Sevdiyiniz musiqini qoyun zəng səsi olaraq
2) saatı oyanacağınız müddətdən tez qurub yataqda mürgüləməyin.  Saat qurmayanda isə mütləq oyanan kimi yataqdan qalxın
3) həftə sonları da həftə içi oyandığınız zamanda oyanmağa çalışın.  Ümumiyyətlə,  yatmaq və dyrmağı hərgün üçün eyni saatda edin (ən uyğunu 23:00da yatıb 08:00da oyanmaqdır)
4)oyanan kimi ən tez müddətdə əl üzünüzü bol su ilə yuyun.  Oyanan kimi su ilə "oynasanız"  daha gümrah olarsınız
QEYD: səhər yeməyini oyanandan əb gec yarım saat ərzində edin və unutmayın ki beyin sadecə səhər yeməyi ilə qidalanır.  Pəhrizdə olsanız belə səhər yeməlisiniz
 ( PAYLAŞARKƏN İSTİNAD MÜTLƏQDİR VƏ MƏQALƏNİN LİNKİNİ PAYLAŞMAQ MƏCBURİDİR) 

10 Ocak 2016 Pazar

Hansı markalar keyfiyyətli və sərfəli qiymətə məhsul satır?

Hərkəsə Salam. Növbəti məqaləmi sizinlə paylaşmaq istəyirəm.  Bu məqalədə mən sizə sərfəli qiymətə haradan keyfiyyətli və gözoxşayan məhsul almaq olar onu yazacam.  Məni tanıyanlar mənim fashion xəstəsi olduğumu bilirlər.  Odur ki,  bu mövzuda mənə tam güvənə bilərsiniz (əslində hər şeylə maraqlanıram və hərşeyi "bilməyə çalışıram") .  Amma onu da qeyd edim ki,  keyfiyyət axtarışında olanlar biraz çətinlik çəkəcəklər.  Çünki bizim işadamlarımız bütün markaların ən aşağı səviyyəli tikilmiş məhsullarını satırlar:
1) Hamının çox sevimlisi ZARA.  Buradan yalnız" materialdan başı çıxanlar şopping etsin"desəm çox yerində olar.  Bəzi məhsulları insan bədəninə ziyan vura biləcək dərəcədə olsa da, bəzi məhsulları isə üst səviyyə parçalardan hazırlanır.  Burada şarflar,  papaqlar,  kofta,  kardiqan və şalvarlar normal keyfiyyətdə olsa da,  ayaqqabı,  çanta,  üst geyimlərinə bu sözü deyə bilməyəcəm
2)mybrand's şəbəkəsinə aid olan uc of BENETTON.  Burada dəri əvəzləyicisi çantaları və aşağı keyfiyyətli dəri ayaqqabıların çıxsaq,  istifadə olunan materiallar əladır.  Şalvarları,  rubaşkaları və üst geyimləri keyfiyyətli olsa da,  koftaları,  (əsasən də polo yaxalar) yalnız 1 fəsil geyinə bilərsiniz. Dəhşətli endirimi ilə seçilir.  Endirimlər avqust və yanbar ayının sonunda olur
3) Mybrand's şəbəkəsinə aid olan SİSLEY.  Mənim sevimli markam.  Buradan alınan məhsullar keyfiyyəti ilə seçilir.  Lakin bəzən elə məhsul olur ki, çox zay çıxır. Ama məsləhət görərdim ki,  endirimsiz heçnə almayasiniz.  Çünki hər şey ən az 30%ə qalır.
4)koton, romantic, NewYorker, Bershka: orta-aşağı səviyyəli bir marka. Qiymətləri də normaldır. Məndən soruşsanız heçnə almayın ama :))  (əgər geyimə pul xərcləyənsizsə)
5) KİĞİLİ,  PİERRE CARDİN,  KARACA,  BYT,  MONİCA RİCCİ,  Greyder, USPA.  Bu markaların keyfiyyəti superdir.  Məhsulları isə ən az 2sezon gedər.  Keyfiyyətsiz heçnə tapa bilməzsiniz.  Amma bu markalar Türkiyədə çox ucuz qiymətə təklif edilir. Hətta mən Türkiyədən Kiğiliya aid 3rubaşkaya 130tl(45azn) vermişdim.  Bakıda isə 1ini 79manaya gördüm.
6) HOTİÇ ayaqqabı mağazası:nəsə alsanız xarab olduğundan yox,  bezdiyinizdən atacaqsınız.  Ayaqqabıda keyfiyyət deyəndə Hotiç yadıma düşür.  Ama Türkiyədə bizdən 50% daha ucuzdur
7) POPPY GALLERY,  GARDA,  MANAS: bu markalar onsuz da tam olaraq bir xətt üzrə işləyirlər.  Sadecə adları fərqlidir.  Bakıda bu markalardan  ayaqqabını 70%, çantanı 50% endirrimlə almamısınızsa boşuna pul vermisiniz, deməkdir.  Çünki yeni sezon gəlməmiş endiriminə başlayırlar.  Keyfiyyətləri də yaxşıdır. Məhsulları Dəri nə qədər dözə bilərsə o qədər də keyfiyyətlidir
8) Vera Moda,  Colins, Loft , Lufian: Bakıda "hörmətli" markaların məhsullarının real qiyməti 70% aşağıdır.  Burdan qiymətinə görə heçnə almayın deyirəm.  Keyfiyyət orta/yaxşı.
9) CERRUTİ1881, SASSAFONO, SCABAL, TOMMY HİLFİGER,  İCEBERG, TARA JARMON,  S.  WEITSMANN, BCBG MAX AZRİA,  LuiJo- keyfiyyət əla,  material əla,  qiymət fiyasko.  HİLFİGERdən başqa hem biri o qiymətə dəyməz.  Ordam nəsə almaq yerinə PortBaku mall a gedin və normal dünya markalarından alın.  Ama ki,  mybrand's şəbəkəsinə aid olan mağazalarda endirim olduğu kimi bu mağazalarda da endirim olur.  50%də öz qiymətlərini tapır bu markalar
10) le coq sportif,  adidas,  puma,new balance, nike,  -  keyfiyyət və dözü lülük yaxşıdır. Amma altı köpüklü olan məhsullar biraz keyfiyyətsiz çıxa bilər. Bir də poddelkalarının şəhərə yayılmasını nəzərə almasaq istədiyinizi alın
11)bakıda olan H'nM magazası haqqında heçnə yazmayacam.  Çünki rəsmi mağaza deyil. (məhsulları HMin ən aşağı xəttində olan markalarındandır)
12) GRANDEZZA ticarət evi.  Burada Menbur, CR7,Avtondil,French Connetion,  diMatria, armaniJeans,  VersaceJeans, SirOliver, CavalliJeans,  CavalliClass, Y3 və bir çox multibrendlər  satılır.  Pis yer deyil ama məhsul alarkən diqqətli olun. 1paçka pul verərsiniz ama dəyməz. Ps:orada  outlet var və yaxşı qiymətə multibrendlər əldə bilərsiniz.
13) TOPshop,  TOPman: keyfiyyəti yaxşı olan və maraqlı məhsul istehsal edən marka.  Bakıda onu niyə PortBaku mallda açıblar bilmirəm.  (Elə də baha deyil məhsulları)
14) CUROİOR baku/ United Sport: hər iki mağaza sport stilli məhsullar satır və işlərinin peşəkarıdırlar.  Curoior'un da Port Baku mallda olmaması lazım idi


PS: bu yazını orta qiymətlərə xitab edən markalara ayırmışam.  Gələn məqalələrdə multibrendlər haqqında da yazacam

7 Ocak 2016 Perşembe

Marka ve brand lerin düzgün oxunuş qaydası

Çox insanlar markaların düzgün oxunuşunu bilmir. Bu da oların normal heyatlarında komplekslerin yaranmasına getirib çıxardır. Bu blogda men size markaların düzgün oxunuşunu yazacam. Metnde qeyd olunmayan, ama sizin bilmek istediyiniz marka varsa comment yaza bilersiniz:
versace [ versaçi]
Gurlain [ gurleyn]
Inglot [ing'lot]
Chloe – Kleöye
Yves Rocher – İv Roşe
Sisley - Sisli
Chanel – Şanel
Yves Saint Laurent – İv Sen Loren
Cacharel – Kaşarel
Clinique – Klinik
Givenchy – Jivanşi
La Prairie – La Preri
Bourjois – Burjua
Burberry – Börbri
Hermes – hErmes(z)
Laura Mercier – Lora Mersiye
Maybelline – Meybılain
Louis Vuitton – Lui Vitton
Kryolan – Kıroylan
L’occitane – Loksitan
Lancome – Lankom
Christian Dior –Kristiyean Diyor
Tschibo  - Çibo
MAC – Mæk
Estee Lauder – Este Laudır
Dolce&Gabbana – Dolçe  Gabana
Giorgio Armani – Corcio Armani
Pierre Cardin [piyer kardin]
Diesel [dizel]
Guess Marciano [gess marçiano]
Poppy gallery [popi galeri]
Monica Ricci [monika riççi]
Uspa [yunayted steyt polo assembleyşn]
Lui Jo [lui co]
Tommy Hilfiger [Tomi Hilfiqr]
Hackett [haket]
Love moschino [lav Moskino]
Cerruti 1881 [serruti]
Parfum de merly [parfüm de merli]
Ve s.

Lady gaga kimdir ve nece mehşurlaşdı

Lady Gaga-esl adi Stefani Johanne Angelina Germanotta
olan eslen italiyalı müğenni. 28mart 1986cı ilde Abş, New Yorkda doğulmuşdur. O qızlar mektebinde tehsil almışdır. Daha sonra Ali tehsil üçün New York Universitetine daxil olur. Lakin oranı yarımçıq qoyaraq terk edir.
Musiqi kariyerasına esasen Sony-Atv  Music Publishing'de yazıçı kimi işe başlayır. O burada Akonun diqqetini çekir. Daha sonra Akonla bir sıra müqavileleri olur
 Karyerasının dönüş nöqtesi 2008de çıxan The Fame albumu olur. Just Dance , Poker Face kimi musiqileri şedevr olur. Daha sonra The Fame Monster adlı albumundan Bad Romance, Alejandro, Telephone (ft Beyonce), Paparazzi mahnıları onun kariyerasını dünya şöhretli edir.
Daha sonra Born This Way albumu işıq üzü görür, növbeti albumu ise ArtPop olur.
 Gaganın janrının esasen Dance-pop, electro-pop , pop olmasına baxmayaraq 2014de  Tony Bennett  ile C2C albumunu çıxardır. Bu album jazz albumu olaraq böyük uğur qazansa da menim fikrimce Lady'lik daha çox ön plana çıxdığına göre fanları terefinden birmenalı qarşılanmır.
28milyon album, 140milyon single  satışı, 13 Guinnes Rekourdu , 5 Grammy'si Gaganın nece işgüzar bir artist olmasına delalet edir
yenilikler üçün instagram sehifemi (@itselgin) ve buranı izleyin