13 Nisan 2016 Çarşamba

Mənim gündəlik yaz obrazım. Və hər bir tələbə üçün #musthave olan geniş çantam

Hərkəsə Salam.  Artıq demək olar ki,  2həftədir yeni blog hazırlamıram. Səbəbini isə yəgin ki, hamınız bilirsiniz. 
Artıq bir neçə gündür havalar xoş keçir. Mən də bundan istifadə edərək yeni bir məqalə hazırlamaq qərarına gəldim və hazırda məqaləmi sizə təqdim edirəm
Qeyd etdiyim kimi artıq yaz özünü göstərir və havalar isinib. Amma durduq yerdə hava həran yenidən soyuya bilər. Axı yaz bu tip havalarla tanınır. Mən də qarderobumda olan bu üstü dəyərləndirmək üçün uzunqol köynəklə geyindim ki,  soyuqdan sığortalanım. 
Bu look'um, əsasən, gündəlik obraza aiddir. Hər gün isə universitetə getdiyimi nəzərə alsaq geniş çantaya ehtiyacım olduğu açıqdır. Buna görə də çanta seçərkən geniş olmasına çalışıram
Bu look'umda rəngli şalvar və köynək geyimdiyimə görə birrəngli üst  və üzərində heç bir ornament olmayam çanta ən yaxşı seçimdir. Ayaqqabını isə çanta və geyimimdə olan digər rənglərlə  uydurmağa çalışmışam və məncə bu alınıb.
----------------------------
Köynək: US polo ASSN
Üst: Sisley
Şalvar: US polo ASSN
Çanta: Sisley
Ayaqqabı: Bata

Hiç yorum yok:

Yorum Gönder