Yaşadığımız dövr elə bir dönəmdir ki, hər birimiz gündə ən az 1dəfə bayıra çıxırıq. Bəzimiz dərsə, bəzimiz işə, bəzilərimiz isə sadecə gəzintiyə... Bu fəaliyyətləri etmək üçün uzun zaman tələb olunur və bizim bu zaman dilimində rahat geyimə ehtiyacımız var.
Məncə rahatlıq ilk öncə ayaqqabıdan başlayır. Ona görə də, mövsümi ket və ya sport stilli ayaqqabı sizin günü daha gümrah qurtarmağınız üçün əsas faktordur.
Çanta seçərkən də diqqətli olmaq lazımdır. Həm bütün əşyalarımız sığmalı, həm də görkəmli olmalıdır.
Bunun üçün həm çiyin həm də əl çantası kimi istifadə olunması mümkün olan çantalar idealdır.
Yaz aylarında çox nazik üst heyimləri #musthave 'dir. "vetrovka" kimi adlandırdığımız üst geyimlərindən istifadə etməyi qətiyyətlə məsləhət görürəm. Havanın dəyişkən olması, 1saat içində həm soyuq, həm də isti havanın hükm sürməsi yaz ayının tipik havası olduğundan nazik üst geyimlərinizi götürmədən evdən çıxmayın.
Birdə unutmayın ki, çalışın üzərinizdə 1ədəd kreativ və ya maraqlı geyim olsun. Əks halda hamısı birbirinə qarışacaq və məna verilə bilməyən bir Look geyinmiş olacaqsınız ( old well-dressed, başa düşəcəyimiz dildə desəm Ruküş :D )
Birdə bu il dizi cırıq şalvarların trend olduğunu yaddan çıxartmayın və bir ədəd o tip şalvar əldə edin
Ən əsası isə, görünüş bir tamdır. Əna uyğun olaraq davranın və siz ətrafınızda #Fashionman kimi tanınacaqsınız
-----------------------------------
Tshirt: GaudiJeans
Şalvar: Rodrigo Denim
Ayaqqabı: Swift
Çanta: Çantaş (çinici)
Yağışlıq: United Colours Of Benetton
Hiç yorum yok:
Yorum Gönder