28 Mart 2016 Pazartesi

Yazın gəlişini geyiminizlə hiss edin

Artıq havalar istiləşir və yaz gəlişini bizə tam gücü ilə göstərir. Yazın küləyi qarderobumuza da əsir. Bu külək ilk öncə özü ilə yazın #musthave 'i olan Trençkot' ları gətirir. Trençkot elə bir üstdür ki, bütün look'larla və stillərlə uyğunlaşa bilir. Mən də Zuleykha magazine' dərgisinin Street Fasion məqaləsində yer aldım və orada geyimimlə yaz havası əsdirməyə çalışdım
Yaz elə bir fəsildir ki, insanları bozdan al əlvan rənglərə aparır. Bu da geyimlərdə hiss olunmağa başlayır
     Bu lookda geyindiyim köynək

Lakin bu o demək deyil ki, biz özümüzü tam əlvan rənglərə adaptasiya edək.
İndi isə gələk mənim #lookoftheday 'imə. Mən bu look' da qara ayaqqabı və ona uyğun olaraq qara çanta,  eyni zamanda tünd şalvar geyinərək hakim fəsilin qış olduğunu bildirdim. Lakin, şarf və köynək seçimimi elə etdim ki, onlar look'umda "yaz küləyi" rolunu oynadılar.
Look'da istifadə etdiyim markalar: Köynək:
Sisley
TrençKot:
Sisley
Şarf:
Massimo Dutti
Şalvar:
 GBmarciano
Portfel:
Polo Ralph Lauren
Ayaqqabı:
Hotiç
  Ən əsası isə posetiv olun və ətrafa müsbət enerji saçın. O zaman look'u tamamlamış olacaqsınız
Yeni məqaləmi gözləyin....  

Hiç yorum yok:

Yorum Gönder