19 Nisan 2016 Salı

Gündəlik sport geyimlə maksimum şıq və rahat olmaq üçün nə etmək lazımdır?

Gündəlik sport geyimlə maksimum şıq və rahat olmaq üçün nə etmək lazımdır?
Yaşadığımız dövr elə bir dönəmdir ki,  hər birimiz gündə ən az 1dəfə bayıra çıxırıq. Bəzimiz dərsə, bəzimiz işə, bəzilərimiz isə sadecə gəzintiyə...  Bu fəaliyyətləri etmək üçün uzun zaman tələb olunur və bizim bu zaman dilimində rahat geyimə ehtiyacımız var. 
Məncə rahatlıq ilk öncə ayaqqabıdan başlayır. Ona görə də,  mövsümi ket və ya sport stilli ayaqqabı sizin günü daha gümrah qurtarmağınız üçün əsas faktordur.  
Çanta seçərkən də diqqətli olmaq lazımdır. Həm bütün əşyalarımız sığmalı, həm də görkəmli olmalıdır.
Bunun üçün həm çiyin həm də əl çantası kimi istifadə olunması mümkün olan çantalar idealdır. 
Yaz aylarında çox nazik üst heyimləri #musthave 'dir. "vetrovka"  kimi adlandırdığımız üst geyimlərindən istifadə etməyi qətiyyətlə məsləhət  görürəm. Havanın dəyişkən olması,  1saat içində həm soyuq, həm də isti havanın hükm sürməsi yaz ayının tipik havası olduğundan nazik üst geyimlərinizi götürmədən evdən çıxmayın. 
Birdə unutmayın ki,  çalışın üzərinizdə 1ədəd kreativ və ya maraqlı geyim olsun. Əks halda hamısı birbirinə qarışacaq və məna verilə bilməyən bir Look geyinmiş olacaqsınız ( old well-dressed, başa düşəcəyimiz dildə desəm Ruküş :D )  
Birdə bu il dizi cırıq şalvarların trend olduğunu yaddan çıxartmayın və bir ədəd o tip şalvar əldə edin 
Ən əsası isə,  görünüş bir tamdır. Əna uyğun olaraq davranın və siz ətrafınızda #Fashionman kimi tanınacaqsınız 
-----------------------------------
Tshirt: GaudiJeans
Şalvar: Rodrigo Denim
Ayaqqabı: Swift
Çanta: Çantaş (çinici) 
Yağışlıq: United Colours Of Benetton



13 Nisan 2016 Çarşamba

Mənim gündəlik yaz obrazım. Və hər bir tələbə üçün #musthave olan geniş çantam

Hərkəsə Salam.  Artıq demək olar ki,  2həftədir yeni blog hazırlamıram. Səbəbini isə yəgin ki, hamınız bilirsiniz. 
Artıq bir neçə gündür havalar xoş keçir. Mən də bundan istifadə edərək yeni bir məqalə hazırlamaq qərarına gəldim və hazırda məqaləmi sizə təqdim edirəm
Qeyd etdiyim kimi artıq yaz özünü göstərir və havalar isinib. Amma durduq yerdə hava həran yenidən soyuya bilər. Axı yaz bu tip havalarla tanınır. Mən də qarderobumda olan bu üstü dəyərləndirmək üçün uzunqol köynəklə geyindim ki,  soyuqdan sığortalanım. 
Bu look'um, əsasən, gündəlik obraza aiddir. Hər gün isə universitetə getdiyimi nəzərə alsaq geniş çantaya ehtiyacım olduğu açıqdır. Buna görə də çanta seçərkən geniş olmasına çalışıram
Bu look'umda rəngli şalvar və köynək geyimdiyimə görə birrəngli üst  və üzərində heç bir ornament olmayam çanta ən yaxşı seçimdir. Ayaqqabını isə çanta və geyimimdə olan digər rənglərlə  uydurmağa çalışmışam və məncə bu alınıb.
----------------------------
Köynək: US polo ASSN
Üst: Sisley
Şalvar: US polo ASSN
Çanta: Sisley
Ayaqqabı: Bata