4 Aralık 2016 Pazar

lunaparkda dəbli bir gün...

     Yeni blogumdan hərkəsə yenidən Salam.
Bilmirəm fikir verirsiniz ya yox, amma mən hər dəfə yeni blog üçün çəkim edərkən maksimum dərəcədə seçici oluram. Yəni,  hər dəfə gördüyünüz yerlərdə deyil, marağınızı doğura biləcək məkanlar seçməyə çalışıram.  Bu dəfə isə uşaqlığımın böyük bir hissəsi olan Lunapark'a getdik və çəkimi orada həyata keçirtdik
Oranın bağlanması və bu hala gəlməsini görəndə, açığı,  çox pis oldum. Amma yenə də mənə nostalji hisslər oyatdı.
Məkan haqqında danışığım bu qədər kifayətdir. Biraz da look'um haqqında məlumat verim.
Fəsilimiz qış olduğuna görə hərkəs tünd rənglərə adaptasiya olur. Mən bunu dəblə yox, havaların və həyatımızın monotonlaşması ilə əlaqələndirirəm. Olayın dəb hissəsi isə qaranı başqa maraqlı rənglərlə qarışdırmaq və look'u sıxıcılıqdan qurtarmaqdır
Gördüyünüz kimi mən də qaraya adaptasiya olaraq look' yığmışam. Amma, zoğalı rəngli tufli və maraqlı printi olan balıqçı boğazı üstüm ilə look'u "rəngləndirmişəm"
Look'um haqqında  uzun-uzadı yazmaraq sizi də yormaq istəmirəm. Ancaq, bunu qeyd etmədən bu blogu  yekunlaşdırmaq istəmədim.
 Maksimum dərəcədə isti geyinin və özünüzü soyuqlardan qoruyun. Bakının havası çox qalın olmayan üstlər üçünuyğun deyil
******************
üst: United Colours of Benetton
kofta: MAVi
şalvar: diesel
ayaqqabı: DENTİ ( çinici ) 

2 yorum:

  1. ayda lunapark baglanib? cox heyif

    YanıtlaSil
  2. kombininiz maraglidi amma ki, salvar ile koftanin ikiside eyni ton qara olsaydi daha yaxsi olardi

    YanıtlaSil