Hərkəsə Salam. Növbəti məqaləmi sizinlə paylaşmaq istəyirəm. Bu məqalədə mən sizə sərfəli qiymətə haradan keyfiyyətli və gözoxşayan məhsul almaq olar onu yazacam. Məni tanıyanlar mənim fashion xəstəsi olduğumu bilirlər. Odur ki, bu mövzuda mənə tam güvənə bilərsiniz (əslində hər şeylə maraqlanıram və hərşeyi "bilməyə çalışıram") . Amma onu da qeyd edim ki, keyfiyyət axtarışında olanlar biraz çətinlik çəkəcəklər. Çünki bizim işadamlarımız bütün markaların ən aşağı səviyyəli tikilmiş məhsullarını satırlar:
1) Hamının çox sevimlisi ZARA. Buradan yalnız" materialdan başı çıxanlar şopping etsin"desəm çox yerində olar. Bəzi məhsulları insan bədəninə ziyan vura biləcək dərəcədə olsa da, bəzi məhsulları isə üst səviyyə parçalardan hazırlanır. Burada şarflar, papaqlar, kofta, kardiqan və şalvarlar normal keyfiyyətdə olsa da, ayaqqabı, çanta, üst geyimlərinə bu sözü deyə bilməyəcəm
2)mybrand's şəbəkəsinə aid olan uc of BENETTON. Burada dəri əvəzləyicisi çantaları və aşağı keyfiyyətli dəri ayaqqabıların çıxsaq, istifadə olunan materiallar əladır. Şalvarları, rubaşkaları və üst geyimləri keyfiyyətli olsa da, koftaları, (əsasən də polo yaxalar) yalnız 1 fəsil geyinə bilərsiniz. Dəhşətli endirimi ilə seçilir. Endirimlər avqust və yanbar ayının sonunda olur
3) Mybrand's şəbəkəsinə aid olan SİSLEY. Mənim sevimli markam. Buradan alınan məhsullar keyfiyyəti ilə seçilir. Lakin bəzən elə məhsul olur ki, çox zay çıxır. Ama məsləhət görərdim ki, endirimsiz heçnə almayasiniz. Çünki hər şey ən az 30%ə qalır.
4)koton, romantic, NewYorker, Bershka: orta-aşağı səviyyəli bir marka. Qiymətləri də normaldır. Məndən soruşsanız heçnə almayın ama :)) (əgər geyimə pul xərcləyənsizsə)
5) KİĞİLİ, PİERRE CARDİN, KARACA, BYT, MONİCA RİCCİ, Greyder, USPA. Bu markaların keyfiyyəti superdir. Məhsulları isə ən az 2sezon gedər. Keyfiyyətsiz heçnə tapa bilməzsiniz. Amma bu markalar Türkiyədə çox ucuz qiymətə təklif edilir. Hətta mən Türkiyədən Kiğiliya aid 3rubaşkaya 130tl(45azn) vermişdim. Bakıda isə 1ini 79manaya gördüm.
6) HOTİÇ ayaqqabı mağazası:nəsə alsanız xarab olduğundan yox, bezdiyinizdən atacaqsınız. Ayaqqabıda keyfiyyət deyəndə Hotiç yadıma düşür. Ama Türkiyədə bizdən 50% daha ucuzdur
7) POPPY GALLERY, GARDA, MANAS: bu markalar onsuz da tam olaraq bir xətt üzrə işləyirlər. Sadecə adları fərqlidir. Bakıda bu markalardan ayaqqabını 70%, çantanı 50% endirrimlə almamısınızsa boşuna pul vermisiniz, deməkdir. Çünki yeni sezon gəlməmiş endiriminə başlayırlar. Keyfiyyətləri də yaxşıdır. Məhsulları Dəri nə qədər dözə bilərsə o qədər də keyfiyyətlidir
8) Vera Moda, Colins, Loft , Lufian: Bakıda "hörmətli" markaların məhsullarının real qiyməti 70% aşağıdır. Burdan qiymətinə görə heçnə almayın deyirəm. Keyfiyyət orta/yaxşı.
9) CERRUTİ1881, SASSAFONO, SCABAL, TOMMY HİLFİGER, İCEBERG, TARA JARMON, S. WEITSMANN, BCBG MAX AZRİA, LuiJo- keyfiyyət əla, material əla, qiymət fiyasko. HİLFİGERdən başqa hem biri o qiymətə dəyməz. Ordam nəsə almaq yerinə PortBaku mall a gedin və normal dünya markalarından alın. Ama ki, mybrand's şəbəkəsinə aid olan mağazalarda endirim olduğu kimi bu mağazalarda da endirim olur. 50%də öz qiymətlərini tapır bu markalar
10) le coq sportif, adidas, puma,new balance, nike, - keyfiyyət və dözü lülük yaxşıdır. Amma altı köpüklü olan məhsullar biraz keyfiyyətsiz çıxa bilər. Bir də poddelkalarının şəhərə yayılmasını nəzərə almasaq istədiyinizi alın
11)bakıda olan H'nM magazası haqqında heçnə yazmayacam. Çünki rəsmi mağaza deyil. (məhsulları HMin ən aşağı xəttində olan markalarındandır)
12) GRANDEZZA ticarət evi. Burada Menbur, CR7,Avtondil,French Connetion, diMatria, armaniJeans, VersaceJeans, SirOliver, CavalliJeans, CavalliClass, Y3 və bir çox multibrendlər satılır. Pis yer deyil ama məhsul alarkən diqqətli olun. 1paçka pul verərsiniz ama dəyməz. Ps:orada outlet var və yaxşı qiymətə multibrendlər əldə bilərsiniz.
13) TOPshop, TOPman: keyfiyyəti yaxşı olan və maraqlı məhsul istehsal edən marka. Bakıda onu niyə PortBaku mallda açıblar bilmirəm. (Elə də baha deyil məhsulları)
14) CUROİOR baku/ United Sport: hər iki mağaza sport stilli məhsullar satır və işlərinin peşəkarıdırlar. Curoior'un da Port Baku mallda olmaması lazım idi
PS: bu yazını orta qiymətlərə xitab edən markalara ayırmışam. Gələn məqalələrdə multibrendlər haqqında da yazacam