7 Şubat 2017 Salı

sportiv geyimlərlə həm konfortlu, həm də şıq olmaq

yeni blogumdan hərkəsə yenidən Salam.  Bu blogumda olan looklar da digər look'larımdan çox da fərqli olmayacaq. Belə ki, yenə də küçə dəbinə önəm vermişəm.  Mənim sport markalar içində ən sevdiyim marka Puma olduğuna görə qarderobumda bu hiss edilir.
əgər gündəlik geyimizdə rahat və bir o qədər də şıq görünmək istəyirsinizsə maraqlı printi olan kardiqanlar seçərək həm komfortlu,  həm də şıq görünə bilərsiniz. 

Sizinlə ən vacib olan bir şeyi paylaşmaq istəyirəm.  Alt hissəsi köpük formasında olan ayaqqabılar gündəlik geyinmək üçün çox rahatdırlar. lakin, bu tip ayaqqabılar aldığınız sezonda da qalır. Yəni,  alt hissələri tez xarab olur. indiyə kimi Le coq sportif, Celio*, nike, Puma dan bir neçə dəfə bu tip ayaqqabı almışam və çox tez xarab olduğunun da şahidi olmuşam. 
  
 Bu tip Looklarda o qədər də yazılası söz olmadığına görə sizi şəkillərlə "baş-başa"  qoyuram



------------------------------
kardiqan: PUMA
tshirt: CALLİOPE
şalvar: TWISTER(avaible in Ustop) 
corab:PUMA
sneakers: PUMA
çanta: GLOBEbrand (available in COURİR Baku) 

16 Aralık 2016 Cuma

Dostlar sizə bugün çox yararlı bir kart haqqında məlumat verəcəm. Əvvəlcə isə mənə verdikləri GOLD karta görə Express Bank'a təşəkkür edirəm. Sizə Express Bankın  debet kartları haqqında yazmaq istəyirəm. Əgər davamlı olaraq xərcləyən birisisinizsə bu kartlar tam sizə görədir.  Bankın saytında kart haqqında bir çox bilgi var. Mən tipik informasiyalar yerinə həqiqətən işinizə yarayacaq olanları yazım:
*banka pul qoymaq üçün bir çox yerlərdə təchizatları var, o cümlədən, bankın özündə də edə bilərsiniz
*kartdan bankomat vasitəsiylə pul çəkərkən əlavə komissiya haqqı tutulmur
*nağdsız alış-verişlərinizdə 0,3% karta geri qaytarılır
* ən əsası isə partnor mağazalar şəbəkələrində 20%ə qədər pul karta geri qaytarılır. Hətta, aldığınız məhsul endirimdə olsa belə (məsələn mybrand's mağazaları şəbəkəsində 30% endirimdə olan bir mal alırsınız. Bu zaman 30%mağaza endirim edir və əlavə olaraq da 5% kart sizə güzəşt verir)
PS:əlavə məlumat almaq üçün banka zəng edin və ya expressbank.az saytına daxil olun www.expressbank.az

4 Aralık 2016 Pazar

lunaparkda dəbli bir gün...

     Yeni blogumdan hərkəsə yenidən Salam.
Bilmirəm fikir verirsiniz ya yox, amma mən hər dəfə yeni blog üçün çəkim edərkən maksimum dərəcədə seçici oluram. Yəni,  hər dəfə gördüyünüz yerlərdə deyil, marağınızı doğura biləcək məkanlar seçməyə çalışıram.  Bu dəfə isə uşaqlığımın böyük bir hissəsi olan Lunapark'a getdik və çəkimi orada həyata keçirtdik
Oranın bağlanması və bu hala gəlməsini görəndə, açığı,  çox pis oldum. Amma yenə də mənə nostalji hisslər oyatdı.
Məkan haqqında danışığım bu qədər kifayətdir. Biraz da look'um haqqında məlumat verim.
Fəsilimiz qış olduğuna görə hərkəs tünd rənglərə adaptasiya olur. Mən bunu dəblə yox, havaların və həyatımızın monotonlaşması ilə əlaqələndirirəm. Olayın dəb hissəsi isə qaranı başqa maraqlı rənglərlə qarışdırmaq və look'u sıxıcılıqdan qurtarmaqdır
Gördüyünüz kimi mən də qaraya adaptasiya olaraq look' yığmışam. Amma, zoğalı rəngli tufli və maraqlı printi olan balıqçı boğazı üstüm ilə look'u "rəngləndirmişəm"
Look'um haqqında  uzun-uzadı yazmaraq sizi də yormaq istəmirəm. Ancaq, bunu qeyd etmədən bu blogu  yekunlaşdırmaq istəmədim.
 Maksimum dərəcədə isti geyinin və özünüzü soyuqlardan qoruyun. Bakının havası çox qalın olmayan üstlər üçünuyğun deyil
******************
üst: United Colours of Benetton
kofta: MAVi
şalvar: diesel
ayaqqabı: DENTİ ( çinici ) 

9 Kasım 2016 Çarşamba

geri qayıdan dəb-OVERSİZE

Növbəti blogumdan hərkəsi salamlayıram.  Meçə gündür ki,  havalar yağışlı və soyuq keçirdi. Lakin bu aralar günəş çıxdı və bizə yaz əhvalı göstərdi. Mən də yeni blog üçün niyə də yox?  deyib fotoaparatımı götürüb getdim yeni açılan "səni sevirəm"  parkına. Park maraqlı idi tək minusu balaca olması və penny üçün yararsız olan döşəmə idi.  Bu blogumda penny'mə də yer vermək istəsəmdə pqrkın döşəməsinə görə tam alınmadı
Nə isə. . .  qayıdaq blogumun əsas məqsədinə. Yəni istifadə etdiyim look'a .  Həryerdən eşitdiyiniz cümləni mən yenidən işlətməli olacam: payızda nisbətən monoton rəngli və bir rəngə adaptasiya olaraq geyinmək lazımdır. Mən də bu lookda əsas rəng olaraq bu il yetərincə dəb olan boz rəngini seçmişəm
. . . və təbii ki, bozu qara və göy ilə daha da canlı və sıxıcılıqdan qurtarmışam. 
oversize. . .  bu geyim tərzi bu aralar sözün həqiqi mənasında məni məndən alır.  inanılmaz dərəcədə sevgim var bu aralar bu tərzə. Və üstəlik bu aralar trend olduğunu da nəzərə alsaq geyinməyə bilməzdim. Əgər oversize bir üst geymisinizsə mütləq slim şalvar  geyinməlisiz.+ Regular və rahat şalvarları unudun.  ( super slim şalvarlara qarşı allergiyam var demək olar. bir aralar şəhərimizdə o qədər geyinilirdiki artıq hərkəs bezib)  

Mən, ümumiyyətlə, çox məhşurlaşmış geyimlərin əleyhinəyəm. Amma bu lookda istifadə etdiyim sneakers'ləri o qədər sevirəm ki,  bütün mağazalarda satılmağı və yetəri qədər qarderoblarda olmağı mənim bu  ayaqqabını almağımın qarşısını ala bilmədi.
Bu blogumda sizə çatdırmaq istədiklərim bu qədər idi. .  Özünüzə yaxşı baxın və məni izləyin.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
jeans kot: DİESEL
t-shirt: OVS
şalvar: SİSLEY
sneakers: CELİO*
pennyboard: GLOBE  (available :COURİR BAKU) 
çanta: GOsport

yeni gələn ayaqqabı axını- ancaq qara və ekstratrend ayaqqabılar

Yeni blogumdan hamıya Salam. Bu blogda sizə ən son trend olan (luks və normal dünya markalarına aid) ayaqqabılar barəsində məlumat verəcəyəm. Bu yaxınlara qədər ayaqqabıların qəlibi demək olar ki, eyni olurdu. Əgər eyni geyim stilinə uyğun, əsaən də Casual,  bir neçə ayaqqabıya sahib olmaq istəyirdiksə ,o zaman qarderobumuzda olmayan rəng ayaqqabıya üstünlük verirdik. Artıq ayaqqabı seçimi tam başqa formatlara keçib.
Xüsusən də bu il yetərincə trend olmuş. əsasən ağ və ya qismən ağ-qara olan və dəmir işləməli ayaqqabılar yetərincə trend idi. Hətta bu tip ayaqqabını hesablı markalardan tut ən lüks markalara qədər yeni  kolleksiya olaraq gətirmişdilər . (!!!əgər sizdə almaq istəyirsinizsə bir daha düşünün. Çünkü, yetərincə insanda var artıq) əgər almaq istəsəniz ELLEshoes, collezione, Poppy Gallery, UStop və s. mağazalarda tapa bilərsiniz
Son kolleksiyalarda altı ağ ayaqqabılar yetərincə trend hesab edilir. Bu ayaqqabılar yetərincə rahat olur. Lakin , təmiz saxlamaq deyə "qlobal" bir probleminiz olur. Əgər təmizləməkdə problem yaşamırsınızsa siz də mütləq əldə edin. sizin üçün bir neçə nümunə :


ümumiyyətlə , bu aralar rəngli ayaqqabıları ağlınızdan çıxardın.(təbii ki, söhbət idman üçün nəzərdə tutulan krossovkalardan və buna bənzər məhsullardan getmir) Qış fəslinin hüznü qarderobda da göründüyü üçün çox az rəng detayı olan ayaqqabılardan istifadə edin. Yuxarıda qeyd etmişəm ki, idman krossovkalarını bu siyahıya əlavə etmirik. Lakin  burada bir istisna var. Əgər siz krossovkanı gündəlik geyimdə istifadə edəcəksinizsə, yəni idman üçün nəzərdə tutmamısınızsa onlara da bu trendi tətbid edin. MISALLAR:

2016/2017 ili üçün ən trend olan ayaqqabı modelləri gördüyünüz kimi əsasən qara və ağ üzərində formalaşıblar. Əgər dünya markalarının yeni kolleksiyaları ilə maraqlansanız və fashion dərgilərini vərəqləsəniz onda mənim fikrimi tam anlayacaqsınız. bu tip ayaqqabıların müsbət cəhətlər 1) çox rahatdırlar 2) hər bir şeylə kombin etmək cox rahat olur 3) inanılmaz dərəcədə dözümlü olurlar . Tək mənfi cəhəti var ki, biraz baha qiymətə satılır. 
Aşağıda olan ayaqqabılar dəb nəhənglərinin  kolleksiyalarına aiddir:















12 Haziran 2016 Pazar

Dostlarla görüşərkən maksimum şıq və rahat olmaq üçün nə etmək olar?

Hamıya Salam. Əvvəlcə bütün oxucuların bayramını təbrik edirəm Uzun müddətdir ki, yeni məqalə paylaşmırdım. Bugün dostlarımla  bol vaxt  keçirdəcəkdik deyə qərara aldım ki,  yeni məqalə üçün şəkillər də çəkim.

İmdi isə gələk məqaləyə.  Bildiyiniz kimi mən sizə gündəlik geyim tərzi formasında məqalə yazmağa üstünlük verirəm.  Əgər yay aylarında gündəlik geyim deyilirsə burada mütləq və mütləq şlapa və ya papaq olmalıdır. Eyni zamanda da monoton və sıxıcı rənglər isə bir o qədər uzaqda olmalıdır. 
 geyimdə rənglər maksimum dərəcədə bir-birini tamamlamalı və əlaqəli olmalıdır. Əgər şalvarınız/şortunuz'da olan prrintlər çox iddealıdırsa mütləq monoton kofda/saruçka geyinmək lazımdır. Və ya əksinə.
PS: əgər hər ikisi eyni kolleksiyanın printidirsə o zaman şamil deyil
Əgər dostlarınızla plansızca görüşmək və söhbətləşmək üçün bir araya gəlirsinizsə müqləq maksimum dərəcədə rahat ayaqqabı geyinin. Yoxsa gün burnunuzdan gələcək :))) 

My TOTAL LOOK:
şlapa: HE by mango(avaible in store) 
Polo kofta: United Colours of Benetton (avaible in store) 
Şort: Gaudi Jeans (GJ) 
Ayaqqabı: BATA
Çanta: GO SPORT(avaible in store) 
Saat: BVLGARI MAN




19 Nisan 2016 Salı

Gündəlik sport geyimlə maksimum şıq və rahat olmaq üçün nə etmək lazımdır?

Gündəlik sport geyimlə maksimum şıq və rahat olmaq üçün nə etmək lazımdır?
Yaşadığımız dövr elə bir dönəmdir ki,  hər birimiz gündə ən az 1dəfə bayıra çıxırıq. Bəzimiz dərsə, bəzimiz işə, bəzilərimiz isə sadecə gəzintiyə...  Bu fəaliyyətləri etmək üçün uzun zaman tələb olunur və bizim bu zaman dilimində rahat geyimə ehtiyacımız var. 
Məncə rahatlıq ilk öncə ayaqqabıdan başlayır. Ona görə də,  mövsümi ket və ya sport stilli ayaqqabı sizin günü daha gümrah qurtarmağınız üçün əsas faktordur.  
Çanta seçərkən də diqqətli olmaq lazımdır. Həm bütün əşyalarımız sığmalı, həm də görkəmli olmalıdır.
Bunun üçün həm çiyin həm də əl çantası kimi istifadə olunması mümkün olan çantalar idealdır. 
Yaz aylarında çox nazik üst heyimləri #musthave 'dir. "vetrovka"  kimi adlandırdığımız üst geyimlərindən istifadə etməyi qətiyyətlə məsləhət  görürəm. Havanın dəyişkən olması,  1saat içində həm soyuq, həm də isti havanın hükm sürməsi yaz ayının tipik havası olduğundan nazik üst geyimlərinizi götürmədən evdən çıxmayın. 
Birdə unutmayın ki,  çalışın üzərinizdə 1ədəd kreativ və ya maraqlı geyim olsun. Əks halda hamısı birbirinə qarışacaq və məna verilə bilməyən bir Look geyinmiş olacaqsınız ( old well-dressed, başa düşəcəyimiz dildə desəm Ruküş :D )  
Birdə bu il dizi cırıq şalvarların trend olduğunu yaddan çıxartmayın və bir ədəd o tip şalvar əldə edin 
Ən əsası isə,  görünüş bir tamdır. Əna uyğun olaraq davranın və siz ətrafınızda #Fashionman kimi tanınacaqsınız 
-----------------------------------
Tshirt: GaudiJeans
Şalvar: Rodrigo Denim
Ayaqqabı: Swift
Çanta: Çantaş (çinici) 
Yağışlıq: United Colours Of Benetton