9 Kasım 2016 Çarşamba

geri qayıdan dəb-OVERSİZE

Növbəti blogumdan hərkəsi salamlayıram.  Meçə gündür ki,  havalar yağışlı və soyuq keçirdi. Lakin bu aralar günəş çıxdı və bizə yaz əhvalı göstərdi. Mən də yeni blog üçün niyə də yox?  deyib fotoaparatımı götürüb getdim yeni açılan "səni sevirəm"  parkına. Park maraqlı idi tək minusu balaca olması və penny üçün yararsız olan döşəmə idi.  Bu blogumda penny'mə də yer vermək istəsəmdə pqrkın döşəməsinə görə tam alınmadı
Nə isə. . .  qayıdaq blogumun əsas məqsədinə. Yəni istifadə etdiyim look'a .  Həryerdən eşitdiyiniz cümləni mən yenidən işlətməli olacam: payızda nisbətən monoton rəngli və bir rəngə adaptasiya olaraq geyinmək lazımdır. Mən də bu lookda əsas rəng olaraq bu il yetərincə dəb olan boz rəngini seçmişəm
. . . və təbii ki, bozu qara və göy ilə daha da canlı və sıxıcılıqdan qurtarmışam. 
oversize. . .  bu geyim tərzi bu aralar sözün həqiqi mənasında məni məndən alır.  inanılmaz dərəcədə sevgim var bu aralar bu tərzə. Və üstəlik bu aralar trend olduğunu da nəzərə alsaq geyinməyə bilməzdim. Əgər oversize bir üst geymisinizsə mütləq slim şalvar  geyinməlisiz.+ Regular və rahat şalvarları unudun.  ( super slim şalvarlara qarşı allergiyam var demək olar. bir aralar şəhərimizdə o qədər geyinilirdiki artıq hərkəs bezib)  

Mən, ümumiyyətlə, çox məhşurlaşmış geyimlərin əleyhinəyəm. Amma bu lookda istifadə etdiyim sneakers'ləri o qədər sevirəm ki,  bütün mağazalarda satılmağı və yetəri qədər qarderoblarda olmağı mənim bu  ayaqqabını almağımın qarşısını ala bilmədi.
Bu blogumda sizə çatdırmaq istədiklərim bu qədər idi. .  Özünüzə yaxşı baxın və məni izləyin.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
jeans kot: DİESEL
t-shirt: OVS
şalvar: SİSLEY
sneakers: CELİO*
pennyboard: GLOBE  (available :COURİR BAKU) 
çanta: GOsport

yeni gələn ayaqqabı axını- ancaq qara və ekstratrend ayaqqabılar

Yeni blogumdan hamıya Salam. Bu blogda sizə ən son trend olan (luks və normal dünya markalarına aid) ayaqqabılar barəsində məlumat verəcəyəm. Bu yaxınlara qədər ayaqqabıların qəlibi demək olar ki, eyni olurdu. Əgər eyni geyim stilinə uyğun, əsaən də Casual,  bir neçə ayaqqabıya sahib olmaq istəyirdiksə ,o zaman qarderobumuzda olmayan rəng ayaqqabıya üstünlük verirdik. Artıq ayaqqabı seçimi tam başqa formatlara keçib.
Xüsusən də bu il yetərincə trend olmuş. əsasən ağ və ya qismən ağ-qara olan və dəmir işləməli ayaqqabılar yetərincə trend idi. Hətta bu tip ayaqqabını hesablı markalardan tut ən lüks markalara qədər yeni  kolleksiya olaraq gətirmişdilər . (!!!əgər sizdə almaq istəyirsinizsə bir daha düşünün. Çünkü, yetərincə insanda var artıq) əgər almaq istəsəniz ELLEshoes, collezione, Poppy Gallery, UStop və s. mağazalarda tapa bilərsiniz
Son kolleksiyalarda altı ağ ayaqqabılar yetərincə trend hesab edilir. Bu ayaqqabılar yetərincə rahat olur. Lakin , təmiz saxlamaq deyə "qlobal" bir probleminiz olur. Əgər təmizləməkdə problem yaşamırsınızsa siz də mütləq əldə edin. sizin üçün bir neçə nümunə :


ümumiyyətlə , bu aralar rəngli ayaqqabıları ağlınızdan çıxardın.(təbii ki, söhbət idman üçün nəzərdə tutulan krossovkalardan və buna bənzər məhsullardan getmir) Qış fəslinin hüznü qarderobda da göründüyü üçün çox az rəng detayı olan ayaqqabılardan istifadə edin. Yuxarıda qeyd etmişəm ki, idman krossovkalarını bu siyahıya əlavə etmirik. Lakin  burada bir istisna var. Əgər siz krossovkanı gündəlik geyimdə istifadə edəcəksinizsə, yəni idman üçün nəzərdə tutmamısınızsa onlara da bu trendi tətbid edin. MISALLAR:

2016/2017 ili üçün ən trend olan ayaqqabı modelləri gördüyünüz kimi əsasən qara və ağ üzərində formalaşıblar. Əgər dünya markalarının yeni kolleksiyaları ilə maraqlansanız və fashion dərgilərini vərəqləsəniz onda mənim fikrimi tam anlayacaqsınız. bu tip ayaqqabıların müsbət cəhətlər 1) çox rahatdırlar 2) hər bir şeylə kombin etmək cox rahat olur 3) inanılmaz dərəcədə dözümlü olurlar . Tək mənfi cəhəti var ki, biraz baha qiymətə satılır. 
Aşağıda olan ayaqqabılar dəb nəhənglərinin  kolleksiyalarına aiddir: